9 İyul 2019 20:27
1 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boko Haram terror təşkilatı Çad gölü hövzəsindən 8 min uşaq üçün hərbi təlim mərkəzi kimi istifadə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin hesabatında bildirilib.

BMT-nin Narkotik və Cinayətkarlıq Ofisinin (UNODC) Nigeriya üzrə nümayəndəsi Silvester Tund Ater yayımladığı sənəddə qeyd edib ki, Boko Haram 2009-cu ildən bu yana ən azı 8 min uşağa Çad gölü hövzəsində hərbi təlim keçib.

Ater düşərgədə azyaşlı qız uşaqlarının cinsi zorakılığa məruz qaldığını, məcburi evləndirildiyini iddia edib.
Əlavə edək ki, 2000-ci illərin əvvəlində Nigeriyada qurulmuş Boko Haramın 2009-cu ildən bu günədək Çad, Niger, Nigeriya və Kamerunda həyata keçirdiyi terror aktları nəticəsində 20 mindən çox insan həyatını itirib.
Çad gölü hövzəsi ölkələri terror təşkilatı ilə mübarizə aparmaq üçün 2015-ci ildə koalisiya qurub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər