11 İyul 2019 15:56
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Yeni Şafak” qəzetinin yazarı Yusuf Kaplan Prezident Rəcəb Tayyib Ərdoğanın qızı Süməyyə Ərdoğanın rəhbəri olduğu KADEM adlı təşkilatı Soros Fondu ilə işbirliyində ittiham edib.

Teleqraf.com xəbər verir ki, ölkənin məşhur köşə yazarı Əlif Çakır isə Kaplanın bu ittihamına yenisini əlavə edib.

O, Ərdoğanın sarayından bu iddiaya reaksiyanın olmadığını deyərək, ölkədə qəribə olayların cərəyan etdiyini vurğulayıb:

“Qurulduğu 2013-cü il tarixindən bu yana “toxunulmazlığı” olan KADEM hədəf taxtasına oturdulub. Yavaş-yavaş kəsməyə çalışırlar. Elə sözlər deyirlər ki, ağızları deyəni qulaq eşitmir. KADEM-i ittiham edənləri hədələyirlər, sosial şəbəkədə linç edirlər, saray isə susur.

Heyrətə gəlmişəm. Kim deyə bilərdi ki, bir gün Süməyyə Ərdoğan Bayraktarın fonduna “sorosçu” damğası vurulacaq. KADEM-ə “sorosçu” demək, Süməyyə Ərdoğana “sorosçusan” deməkdir”.

Əlavə edək ki, Yusuf Kaplan Süməyyə Ərdoğanın fondunu Soros Fondu ilə işbirliyində ittiham etmiş, bu qurumun bağlanmasını tələb etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər