İtaliyada yeni-nasiszm tərəfdarı olduğu hesab edilən 3 nəfər saxlanılıb. Şübhəlilərdən birinin İtaliyada daha öncə fəaliyyət göstərmiş və nasizm ideyalarını dəstəkləyən Forza Nuavo partiyasının üzvü olduğu bildirilir. Digər iki nəfər isə aeroportda silah satarkən yaxalanıblar.
Teleqraf.com bildirir ki, hadisə İtaliyanın şimalındakı Turin şəhərində baş verib.
Keşmiş partiya üzvünün evindən 30 ev tüfəngi, tapança və döyüş sursatları tapılıb.
Fakt üzrə cinayət işi açılıb, araşdırma aparılır.
İmamət İsmayılova