16 İyul 2019 21:14
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın dini lideri Ayetulla Xamenei İngiltərəni dəniz quldurluğunda suçlayıb.

Teleqraf.com-un məlumatına görə, Xomeyni Cümə xütbəsində “İngiltərə dəniz quldurluğuyla məşğuldur və dənizdəki neft tankerlərimizdən birini oğurlayıb”- deyə, açıqlama verib.

Daha sonra dini lider bildirib: "Bizimlə Avropa Birliyi ölkləri arasında olan problemin səbəbi onların lovğalığıdır .Əgər qarşılarındakı dövlət zəifdirsə, istədiklərinə nail olurlar, onlarla ancaq içüzlərini bilən dövlətlər baş-başa gələ bilər”.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin diplomatik vərdişlərinin yüksək səviyyədə olduğunu və Avropa Birliyi ölkələrinin öhdəliklərinə uymadığını açıq şəkildə bildirən Xamenei həmçinin İranın hər zaman güzəştə getdiyini bildirib: “Biz vədlərimizə hər zaman sadiq qaldıq. İndi isə, həmin ölkələr bu səbəblə bizə sanksiyalar tətbiq etməyə çalışır. Ey ikiüzlülər, siz 11 vədinizi yerinə yetirmədiniz, biz də bunu azaltdıq və bu proses davam edəcək”- deyə vurğulayıb.

İmamət İsmayılova


Müəllif: Teleqraf.com