17 İyul 2019 15:42
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş deputatı Səlcuq Özdağ Gülən camaatının 2011-ci ildə AKP-yə 50 nəfərlik siyahı verdiyini, Prezident Rəcəb Tayyib Ərdoğanın bu siyahıdan 3 nəfəri seçiləcək deputat siyahısına qeyd etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Səlcuq Özdağ Gülən camaatı ilə bağlı müzakirəyə səbəb olacaq fikirlər səsləndirib.

“FETÖ strateji hesab etdiyi bütün qurumlarda özünə yer etməyə çalışıb, ələ keçirə bilmədiyi qurumları da manipulyasiya edib. Hər siyasi partiyada adamları var. 2011-ci ildə AKP-yə 50 nəfərlik siyahı verdilər. Ərdoğan “qırmızı kart” göstərdi, sadəcə olaraq, buradan ancaq 3 nəfəri öz siyahısında qeyd etdi”, - sabiq deputat deyib.

Özdağ FETÖ-nün Türkiyə üçün təhlükəli təşkilat olduğunu vurğulayıb: “Strateji yerlərə öz adamlarını yerləşdiriblər. Kürəkənlərin çoxu FETÖ-çü çıxdı, gəlinlərin də bir neçəsi fəthullahçıdır. Bu təşkilat çox təhlükəlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər