Rusiya Qırğızıstanda ikinci bazanın qurulmasına dair Bişkeklə heç bir məsləhətləşmə aparmır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin stats-katibi, nazirin müavini Qriqori Karasin bildirib.
O qeyd edib ki, Rusiya digər ölkələrdən fərqli olaraq qarşısına bütün dünyanı özünün hərbi bazaları ilə doldurmaq məqsədini qoymayıb.
“Həqiqətən, 20 iyun 2017-ci il tarixində yüksək səviyyəli danışıqlar əsnasında qırğız tərəfi ölkə ərazisində mövcud olan rus hərbi bazasına əlavə olaraq daha bir hərbi bazanın yerləşdirilməsi məsələsinə baxmağı təklif etdi. Rusiya sizin hamınıza məlum olan başqa dövlətlərdən fərqli olaraq qarşısına bütün dünyanı hərbi bazalarla doldurmaq məqəsdi qoymayıb. Biz kəmiyyət üçün yarışmırıq”, – deyə o bildirib.
“Güman edirik ki, Mərkəzi Asiyada (Qırğızıstan və Tacikistanda) artıq mövcud olan Rusiya hərbi bazalarının imkanları regionda mövcud və potensial təhlükələrlə mübarizə aparmağa imkan verir. Buna görə Rusiya tərəfi bu imkanlarını inkişaf etdirmək üçün güclərini cəmləşdirmək niyyətindədir. Müvafiq olaraq bu mövzu üzrə hər hansı məsləhətləşmə aparılmır. Məsələ aktual deyil”, – Karasin qeyd edib.