Oğrular onlara yaxınlaşan vətəndaşı dönər bıçağı ilə qovub.
Teleqraf.com xəbər verir ki, hadisə Türkiyədə qeydə alınıb.
İş yerinin qarşısına avtomobillə gələn oğrular əvvəlcə hadisə yerini müşahidə ediblər. Ətrafda kimsənin olmadığını müəyyən etdikdən sonra iş yerindəki kassanı aparmaq üçün qapını sındırıb içəri giriblər.
Bu zaman oğurluğu sezən iki vətəndaş hadisə yerinə gəlib. Avtomobildə oğruları gözləyən digər şəxslər isə yerə düşərək əllərində dönər bıçağı ilə ətrafdakıları hadisə yerindən qovmağa başlayıb.
Daha sonra oğrular kassanı götürərək hadisə yerini tərk edib.