İranın qitələrarası dronlara (pilotsuz uçuş aparatları –red.) sahibdir və uzaq məsafəli bir missiyaya ehtiyac yaranacağı halda, onlardan istifadə ediləcək.
Publika.az xəbər verir ki, bunu İranın Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Xanzadi bildirib.
O, bununla da ABŞ-ın kontenintal ərazisinə zərbə endirə biləcəklərinə işarə vurub. Xanzadi İranın Fars körfəzində Amerika gəmilərini izlədiyini və ABŞ-ın atdığı hər addımı təqib etdiyini söyləyib.