24 İyul 2019 14:50
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə dislokasiya edilmiş hərbi hissəsinin əsgəri Volodya Qaloyanın həlak olması barədə xəbər vermişdik.

Teleqraf.com-un məlumatına görə, sıravi hərbi qulluqçu olan Qaloyanın ölüm səbəbi bəlli olub.

Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat kativi Naira Harutyunyan məlumat yayıb.

Məlumata görə, 2000-ci il təvəllüdlü Volodya Hamletoviç Qaloyan xidməti yerində baş naryada (çavuş) ona təyin olunmuş “AK-74” avtomatı ilə atəş açıb. Lakin çavuşu vura bilməyib.

Hadisədən dərhal sonra Qaloyan avtomatı götürərək döyüş mövqeyini tərk edib. Bu gün səhər saatlarında isə döyüş mövqeyindən 50 metr məsafədə onun cəsədi çənənin aşağı hissəsində güllə yarası ilə tapılıb. Avtomat cəsədin yanında olub.

Məsələ ilə əlaqədar cinayət işi açılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər