Vyanada birgə komissiyanın iclasında “beşlik” (Rusiya, Çin, Almaniya, Fransa və Böyük Britaniya) ölkələri İranı nüvə proqramı üzrə Birgə Hərtərəfli İş Planında nəzərdə tutulan bir sıra öhdəliklərin dayandırılmasının üçüncü mərhələsindən çəkinməyə çağırıblar.
Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Ryabkov bildirib.
Qeyd edək ki, İran 4-5 sentyabr tarixlərində nüvə sazişi üzrə bir sıra öhdəliklərin dayandırılmasının üçüncü mərhələsinə başlayacağını açıqlayıb