Rusiya və Türkiyə İdlibdə Əl-Qaida terror təşkilatına bağlı Heyəti-Təhrir Şam (HTŞ) terror təşkilatını zərərsizləşdirmək məqsədilə əməliyyatlara başlayıb.
Teleqraf.com xəbər verir ki, bu haqda Rusiya Baş Qərargahının sözçüsü general Sergey Rudskoy bildirib.
General deyib ki, İdlibin cənub qərbində terrorçular gizli olaraq canlı qüvvə və modern silahlar toplamağa başlayıb:
“HTŞ ünsürlərinin Suriya ordusu və Rusiyanın Hmeymim hərbi hissəsinə hücum etmək üçün hazırlıqlara başladığına dair informasiya əldə edilib. Bunun qarşısına keçən Rusiya Türkiyə ilə birlikdə terrorçuların bəlli olan yerlərinə ortaq zərbə endirməyə başlanılıb.
Bu qısa müddətli əməliyyatların hədəfi terrorçuların qərargahı və silah anbarıdır. Son dövrlər terrorçuların əlinə raketlər daxil olmaqla bir sıra xarici istehsal olan modern silahların olduğu təsbit edilib”.