Bu gün Rusiyanın paytaxtı Moskvada 350 nəfərə yaxın şəxs icazəsiz aksiya keçirib.
Bu barədə məlumatı Rusiya Daxili İşlər Nazirliyi yayıb. Nazirlik aksiya iştirakçılarından 30 nəfərin ictimai asayişi pozduğu üçün həbs edildiyini bildirib.
Qeyd edək ki, bir müddətdir Moskvada şəhər dumasına bəzi şəxslərin namizədliyinin ləğvi əleyhinə etiraz aksiyaları keçilir.