PKK-nın Sincardakı varlığı yerli əhalinin öz vətənlərinə qayıtmasına əngəl olmamalıdır.
Axar.az xəbər verir ki, bu sözləri İraq Kürd Muxtariyyətinin sədri Nəçirvan Bərzani deyib.
O, Sincarın peşmərgədən azad edilməsinə və İŞİD-dən təmizlənməsinə baxmayaraq, yenidən inşasının tamamlanmadığını, buna görə də evlərini tərk edənlərin geri dönmədiyini, Duhokdakı çadır düşərgələrində yaşadığını bildirib.