5 Avqust 2019 10:45
3 766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan hökuməti Kəşmir bölgəsinin konstitusiya statusunu ləğv etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Kəşmirin muxtar bölgə statusunu təmin edən 370 saylı maddənin ləğvi ilə bağlı qanun layihəsi bu gün Hindistan parlamentində müzakirəyə çıxarılıb.

Hindistanın daxili işlər naziri səsvermə nəticəsində Kəşmirin statusunun ləğv edildiyi bəyan edib.

Pakistan və Hindistan arasında tarixi Kəşmir vilayəti üstündə münaqişə həll olunmamış qalır.

1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949) nəzarəti altındadır.
1956-cı ildə Kəşmir “Hindistan İttifaqının tərkib hissəsi” elan edilib. Bu ərazi ilə bağlı Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş verib.


Müəllif: Leyla

Oxşar xəbərlər