ABŞ rəsmiləri Suriyanın şimalında "Təhlükəsiz bölgə" yaradılması istiqamətində danışıqlar aparmaq üçün Türkiyənin paytaxtı Ankaraya gəlib.
Teleqraf.com xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi tərəflər arasında kritik görüşün saat 10:00-da başladığını açıqlayıb.
Məlumata görə, Türkiyə sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə 30 km dərinliyində bir bölgə ilə bağlı məsələni danışıqlar masasına gətirib.
Xatırladaq ki, ABŞ hərbi rəsmiləri ilə ilk ortaq fəaliyyət iyulun 23-də baş tutmuşdu.