Türkiyənin hakim partiyası olan AKP-nın qurucu üzvləri arasında yer almış Burhan Kuzu yaxın zamanlarda yeni partiya yaradacaqlarını bildirən Abdulla Gülü, Ali Babacanı və Əhməd Davudoğlunu iddialara son qoymağa çağırıb. Millət vəkilinin fikrincə, yeni partiyanın qurulması CHP-nin iqtidara gəlişinə səbəb olacaq.
Teleqraf.com xəbər verir ki, Burhan Kuzu yeni partiyanı sol kanalların dəstəklədiyini bəyan edib: “Belə bir partiya indiki iqtidara zərbədir. Bunun qarşısını almaq lazımdır”.
Yeni partiya adı ilə ə gündəmdə olan siyasilərin prezident Ərdoğan sayəsində karyera qurduqlarını Burhan Kuzu həmçinin onların niyyətlərinə nail olmayacaqlarını da vurğulayıb.