6 Avqust 2019 11:54
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelanın ABŞ-dakı bütün əmlakları bloklanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə qərarı ABŞ Prezidenti Donald Tramp imzalayıb.

“Venesuela dövlətinin əmlaklarının dondurulması” adlı qərarda bildirilib ki, Venesuelanın ABŞ-dakı bütün əmlakları bloklanıb.

Venesuelanın iqtisadi blokadaya alınacağı bildirilən sənədlə ABŞ bu ölkə ilə iqtisadi əməkdaşlığını tamamilə dayandırıb.

Əlavə edək ki, Donald Tramp bir müddət əvvəl Venesuelanın blokadaya alınacağını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər