9 Avqust 2019 20:53
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya sinoptiklərinin yaydığı məlumata görə, çox güclü “Krosa” tufanı Yaponiyanın qərb sahillərinə “O-bon” bayramının ən qızğın çağında çata bilər.

Teleqraf.com xəbər verir ki, özü ilə güclü külək və nəhəng dalğalar gətirən “Krosa” tufanı qarşıdan gələn istirahət günlərində Sakit okeandakı Oqasavara adalarına yaxınlaşacaq.

Agentliyin məlumatında qeyd edilir ki, şimal istiqamətində hərəkət edən tufan öz gücünü saxlayaraq təqribən gələn həftənin ortalarında Yaponiyanın Sakit okean sahillərinə çatacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər