“Türkiyə Avropa İttifaqına üzvlük üçün müraciət etdiyi vaxtdan bu günə qədər inkişaf tendensiyası içərisindədir. Türkiyəsiz Avropa İttifaqını düşünmək olmaz. Son vaxtlar, Türkiyənin viza məsləsinin asanlaşdırılmadığı üçün tənqid etməsini çox normal qarşılayıram”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyədə olan Avropa İttifaqı Komissiyası Miqrasiya, Daxili işlər və Vətəndaşlıq məsələləri üzrə təmsilçisi Dimitris Avramopulos deyib.
O, Dimitris Avramopoulos həmçinin, Avropa İttifaqı ilə Türkiyə arasında “Geri qəbul anlaşması”ndan da danışıb:
“Türkiyəylə Avropa İttifaqı arasında 18 mart razılığı var. Bunlardan “Geri qəbul anlaşması” və viza məsələsini qeyd edə bilərik. İki mərhələli “Geri qəbul anlaşması” 2014-cü ildə imzalandı və qüvvəyə mindi. Birinci mərhələ türk vətəndaşları, ikinci mərhələ digər ölkə vətəndaşlarına aid edilirdi. Türk vətəndaşları üçün olan mərhələ hələ də davam edir.
Şərtlərin üçüncü ölkə vətəndaşlarına aid edilməsi üçün Türkiyə viza məsləsinin asanlaşdırılmasının son tarixi kimi 2018-ci ilin oktyabrını irəli sürdü. Müqavilə öz qüvvəsini qoruyur. Amma bu müqavilə Suriya qaçqınları üçün nəzərdə tutulmayıb.
Çünki Suriyada miqrant köçü başlamamışdan əvvəl bu məsələ müzakirə edilirdi”.