14 Avqust 2019 17:09
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada isti havalar minlərlə insanın xəstəxanaya müraciət etməsinə səbəb olub.

Teleqraf.com xəbər verir ki, avqustun 5-dən bu yana 12 min 751 insan həkimə ehtiyac duyub.

Yanğın və Fəlakəti İdarəetmə Agentliyindən verilən məlumata görə, isti yüksək temperaturun törətdiyi fəsadlar bir həftə əvvəlkinə nisbətən azalıb, amma ümumilikdə 10 min insan hələ də əlverişsiz iqlimdən əziyyət çəkir.

İndiyədək istilər 23 insanın həyatına son qoyub.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər