Pakistan Baş naziri İmran Xan Kəşmirlə bağlı daha bir sərt açıqlama ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, İmran Xan Kəşmirdə yaşananlarla əlaqədar “Dünya Kəşmirdə müsəlmanlara yönəlik Srebrenitsaya oxşar başqa bir qətliama sakitcə şahidlik edəcəkmi?” fikirlərini söyləyib.
Qeyd edək ki, dünən İmran Xanının Kəşmirin öz ölkəsinə aid hissəsinə gedəcəyi, yerli parlamentdə Hindistanın Cammu və Kəşmirin xüsusi statusunun ləğvi ilə bağlı çıxış edəcəyi məlumatı yayılmışdı.
Xatırladaq ki, Hindistan avqustun 5-də Cammu və Kəşmirin xüsusi statusunu ləğv edərək onu Dehlinin birbaşa nəzarəti altına alıb. Bu, Pakistan və Hindistan arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb olub.
Yeri gəlmişkən, Fransanın “AFP” xəbər agentliyi Çin ordusunun Honkonq sərhədində gizli görüntüsünü yayımlayıb. Görüntülərdə Çin ordusunun stadionda hərbi parad keçirdiyi, kənarda çoxlu sayda zirehli hərbi texnika və yük maşınlarının olduğu nəzərə çarpır.
Bu fotolar beynəlxalq ictimaiyyət tərəfindən narahatlıqla qarşılanıb: