15 Avqust 2019 15:20
1 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İngiltərəyə bağlı muxtar Cəbəllütariq rəhbərliyindən iyulun 4-də ələ keçirilən İran tankeri üzərində həbs qoymağı xahiş edib.

Teleqraf.com xəbər verir ki, bu gün kapitanı və 3 ekipaj üzvü sərbəst buraxılan tankerin aqibətinin yaxın saatlarda bəlli olacağı bildirilir.

ABŞ Ədliyyə Nazirliyinin müraciəti ilə bağlı müvafiq qərarı Cəbəllütariq Ali Məhkəməsi verəcək.
“Röyters” xəbər agentliyinə danışan Cəbəllütariq məhkəməsindəki mənbə böyük ehtimalla tankerə səfərini davam etdirməsinə icazə veriləcəyini deyib.

Xatırladaq ki, Suriyaya tətbiq edilən embarqoya rəğmən İranın “Grace-1” tankeri neft daşıdığı üçün müsadirə olunmuşdu.

***

14:33

Böyük Britaniya hərbçiləri iyulun 4-də Cəbəllütariq boğazında saxlanılan İran tankerinin kapitanını sərbəst buraxılıb.

Teleqraf.com xəbər verir ki, Cəbəllütariq “Grace-1” tankerinin kapitanı ilə yanaşı 3 nəfəri də azad edib.

Suriyaya tətbiq edilən embarqoya rəğmən İranın “Grace-1” tankeri neft daşıdığı üçün müsadirə olunmuşdu. Cəbəllütariq rəsmiləri Suriyaya xam neft ixracının Avropa İttifaqının sanksiyalarına zidd olduğunu açıqlamışdı.

Xatırladaq ki, iyulun 19-da İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Donanması Hörmüz boğazında Britaniyanın “Stena impero” adlı neft tankerini beynəlxalq dəniz qaydalarına əməl etmədiyinə görə saxlamışdı.


Müəllif: Nərgiz

Oxşar xəbərlər