19 Avqust 2019 11:17
1 499
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranın ABŞ-la razılaşma əldə etmək istədiyinə inanıram, lakin bu ölkənin səlahiyyətliləri Vaşinqtonla danışıqlara necə başlayacağını bilmir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib:

“Onlar həqiqətən saziş bağlamaq istəyirlər, ancaq danışıqlara necə başlamaq lazım olduğunu bilmirlər. Çünki çox qürurlu insanlardır, mən onları başa düşürəm. Diqqət etdinizsə, bizim gəmilərimizi tutmadılar, başqa gəmiləri isə ələ keçirdilər. Ancaq bunların arasında bizimkilər yox idi və bunun etməmələri daha yaxşı olardı”.

ABŞ prezidenti İranı Şimali Koreya ilə müqayisə edib və Vaşinqtonla müqavilə bağlanarsa, bu ölkənin əhəmiyyətli iqtisadi uğurlar qazana biləcəyini söyləyib:

“İran da Şimali Koreya kimi çox böyük potensiala malikdir və biz çox tez nəticələr əldə edə bilərik, amma bunu necə edəcəyini bilmirlər. Onlar qürurlu bir xalqdır, amma iqtisadiyyatı dağılır”.


Müəllif: Mənsur Rəğbətoğlu