Bir neçə gün öncə Moskvada xəstəxanaya yerləşdirilən SSRİ xalq artisti, milliyyətcə erməni olan Armen Cigərxanyan evə buraxılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə 83 yaşlı aktyorun dostu Artur Soqomonyan məlumat yayıb.
Onun sözlərinə görə, Armen Cigərxanyan profilaktik müalicədən sonra xəstəxanadan çıxarılıb və özünü yaxşı hiss edir.
Qeyd edək ki, sənətçi ürək-damar və böyrək çatışmazlığından əziyyət çəkir.
Ötən il də aktyor bir neçə dəfə xəstəxanaya yerləşdirilmişdi.
Onun həyat yoldaşı Vitalina Romanovskaya tərəfindən zəhərləndiyi də iddia olunurdu.
Armen Cigərxanyan Azərbaycana rəğbəti ilə tanınır.