24 Avqust 2019 11:50
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Şimali İraqın Sinat-Haftanin bölgəsində “Pəncə-3” əməliyyatına start verdiyini elan edib.

Teleqraf.com-un məlumatına görə, əməliyyatı hərbi hava qüvvələri, dronlar və zirehli texnika dəstəkləyəcək.

Milli Müdafiə Nazirliyi tərəfindən yazılı açıqlamada bəyan olunur ki, “Pəncə-3” əməliyyatı 2019-cu ilin 23 avqust tarixindən başlayıb. Əməliyyatın məqsədi sərhəd təhlükəsizliyini təmin etmək, Sinat-Haftanin bölgəsində olan terrorçuları və onların istifadə etdiyi mağara və anbarları məhv etməkdir.

Nazirlik qeyd edib ki, hazır əməliyyatlar uğurlu şəkildə aparılır.


Müəllif: Cavad

Oxşar xəbərlər