İran Aden körfəzinə uzun məsafəli raket sistemləri yerləşdirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb.
Məlumatda qeyd olunur ki, İran donanması uzun məsafəli raket sistemini özündə ehtiva edən hərbi texnikanı Aden körfəzinə göndərib.
Məqsəd İran bayrağı altında üzən ticarət gəmilərini qorumaqdır.
Xatırladaq ki, bölgədə İran və İngiltərə arasında böhran yaranmış və ABŞ-ın məsələyə müdaxilə etməsi ilə krizis böyümüşdü.