Ağ Evin milli təhlükəsilik müşaviri Kiyevə səfər edib. Teleqraf.com xəbər verir ki, bu, aprel ayında Volodimir Zelinskinin prezident seçilməsindən bəri yüksək səviyyəli ABŞ rəsmisinin Ukraynaya ilk səfəridir.
“Səfir Bolton ABŞ-ın Ukraynanın suverenliyi, ərazi bütövlüyü və seçdiyi Avro-Atlantik yola dəstəyini vurğulamaq üçün buradadır. O, Ukrayna rəsmiləri ilə məhsuldar görüşlər gözləyir," Birləşmiş Ştatların Kiyevdəki səfirliyi avqustun 27-də Twitter səhifəsində yazıb.
Bir gün əvvəl Bolton Twitter səhifəsində Vaşinqtonun ölkənin şərqindəki hökumət qüvvələri ilə Rusiya tərəfindən dəstəklənən separatçılar arasında münaqişə fonunda Zelenskinin "daha güclü və çiçəklənən bir Ukrayna yaratmaq istiqamətində həyata keçirdiyi islahatları və səyləri" dəstəklədiyini yazıb.
Səfir Bolton ABŞ-ın Ukraynanın suverenliyi, ərazi bütövlüyü və seçdiyi Avro-Atlantik yola dəstəyini vurğulamaq üçün buradadır.
Avqustun 27-də qonşu Belarusdakı prezident administrasiyası Boltonun dəqiq tarix göstərmədən həftənin sonunda prezident Aleksandr Lukaşenko ilə görüşmək üçün Minskə səfər edəcəyini bildirib.
Con Boltonun Minskə ABŞ rəsmiləri tərəfindən təsdiqlənməmiş səfəri son 20 ildə Birləşmiş Ştatlar hökumətinin yüksək səviyyəli rəsmisinin Belarusa edəcəyi ilk səfər olacaq.
Daha bir keçmiş Sovet respublikası olan Moldova hökuməti də Boltonun avqustun 29-da Kişinyova səfər edəcəyini bildirıb.
ABŞ-ın milli təhlükəsilik müşavirinın Şərqi Avropa turu çox güman ki, son illər keçmiş Sovet respublikaları üzərində təsirini bərpa etməyə çalışan Moskvanı qıcıqlandıracaq.