29 Avqust 2019 17:24
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) qırıcıları Yəmən ordusuna hava zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yəmənin xarici işlər nazirinin müavini Məhəmməd Hadrami bildirib.

Nazir müavini deyib ki, Yəmənin müvəqqəti paytaxtı Aden və şərqindəki Ebyen vilayətində mövqe tutan hökumət gücləri BƏƏ-nin hava hücumuna məruz qalıb.

Bu hücum zamanı onlarla mülki insanın öldüyünü dilə gətirən Hadrami BƏƏ-nin bu addımını qınayıb, eyni zamanda beynəlxalq ictimaiyyəti və BMT-ni ölkənin ərazi bütövlüyünü qorumağa çağırıb.

Ərəb koalisiyasına çağırış edən Hadrami Səudiyyə Ərəbistanının Yəmənin legitim hökumətinin yanında olmasının vacibliyini vurğulayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər