Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin müavini Hayati Yazıcının atası Mustafa Yazıcının cənazə mərasimində iştirak edib.
Teleqraf.com xəbər verir ki, AKP sədrinin siyasi və hüquqi məsələlərdən məsul müavini H.Yazıcının atası 93 yaşında vəfat edib.
Cənazə mərasiminə bir çox nazir, siyasi və ictimai xadimlər qatılıb. Türkiyə Prezidenti H.Yazıcı ilə birlikdə mərhumun tabutunu öz çiyinlərində daşıyıb.
Qeyd edək ki, R.T.Ərdoğan həm də AKP-nin sədridir.