13 Sentyabr 2014 13:12
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan təhlükəsizlik qüvvələrinin son 48 saatda həyata keçirdiyi əməliyyatlarda “Taliban” terror təşkilatının 56 üzvü öldürüldüyü, 49 nəfərin yaralandığı açıqlanıb.

Teleqraf.com sondakika.com-aistinadən xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyinin verdiyi yazılı açıqlamada əməliyyatların Nangerhar, Qazını, Paktika, Helmand, Kandahar və Meydan Vardak vilayətlərində həyata keçirildiyini bildirib.

Əməliyyatlarda 65 talibançının sağ olaraq ələ keçirildiyi qeyd edilib.

Bu arada əməliyyatlarda 3 əfqan əsgərinin yola yerləşdirilən minaya düşərək həyatını itirib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.


Müəllif: