Sentyabrın 3-də Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının Siyasi Şurasının iclası keçiriləcək.
Toplantıda baş nazir vəzifəsinə namizədin adı açıqlanacq.
Xatırladaq ki, Gürcüstanın baş naziri Mamuka Baxtadze bu gün istefa verib.
Qeyri-rəsmi məlumatlara əsasən, hökumət başçısı vəzifəsinə daxili işlər naziri Giorgi Qaxaria və regional inkişaf və infrastruktur naziri Maya Tskitişvilinin namizədlikləri nəzərdən keçirilir./report/