Türkiyədəki İncirlik hərbi bazasında ABŞ Hərbi Hava Qüvvələrinin tərkibində çalışan 150-ə yaxın şəxsin işdən çıxarılması gözlənilir.
Teleqraf.com xəbər verir ki, bu haqda Türk Hərbi İş Həmkarlar İttifaqının Adana şöbəsinin sədri Erdal Akalın deyib.
Akalın ABŞ Hərbi Hava Qüvvələrinin təmiri işlərini aparan şirkətində 780 şəxsin çalışdığını bildirib: “Burada çalışan 150 nəfərin işdən çıxarılacağı haqqında onlara xəbərdarlıq olunub.
ABŞ hərbçilərinin sayının azaldığı və buna uyğun olaraq işlərin zəiflədiyini əsas gətirərək 150 nəfər ixtisara salınır. Onlar sentyabrın 30-dan sonra artıq bazanın işçisi hesab olunmayacaq”.