Rusiyada məşhur geyim brendlərindən birinin reklam rolikinə hicablı qızın çəkilməsi narazılıq yaradıb. Ölkə tarixində ilk dəfə hicablı qızın reklam rolikində görünməsi bəzilərinin tənqidinə səbəb olub.
Teleqraf.com xəbər verir ki, reklamlarda yeni mövsüm dəbini nümayiş etdirən modellərin arasında hicablı qadın da olub. Bu reklam əvvəlcə geyim markasının sosial media hesablarında, daha sonra KİV-də yayımlanıb. Rolik demək olar ki, bütün Rusiyada müzakirə olunub.
Brendin qurucusu Vladimir Melnikov isə müzakirələrdən sonra açıqlama verib. O, Rusiyada 30 milyona yaxın müsəlmanın yaşadığına diqqət çəkib:
“Rusiya çoxmillətli dövlətdir. Reklamda hicablı qadının çəkilməsi markamızın Rusiyada olan bütün müsəlmanlara əlçatan olduğunu bildirməkdir. Bundan başqa, İslam dininə inanan insanlara hörmət etmək lazımdır”.