Azad Suriya Ordusu İŞİD-ə qarşı mübarizədə ABŞ-la əməkdaşlıq etməyəcək.
Bu barədə Azad Suriya Ordusunun qurucusu polkovnik Riyad Əsəd deyib.
Əsəd İŞİD-ə qarşı döyüşlərdə iştirak etməyəcəklərini, ancaq ASO-nu yanlarında görmək istəyənlərin Bəşər Əsəd rejmini devirməyi hədəf alan zəmanət verməli olduqlarını vurğulayıb.
Əsəd ABŞ-ın ASO-nu məhv etməyə çalışdığını, bunun üçün bir sıra qruplara dəstək verdiyini bildirib. ABŞ-ın Suriyada müxalifləri dəstəklədiyini bildirməsinə baxmayaraq müxalif qrupları bir-birinə zidd düşürməyə çalışdığını ASO qurucusu qeyd edib./axar/