5 Sentyabr 2019 14:16
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Xidmətinin direktoru Dmitri Şuqayev Türkiyəyə satılan S-400 komplekslərinin 2020-ci ilin yazına qədər dislokasiya ediləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Dmitri Şuqayev “Rossiya-24” telekanalına açıqlamasında S-400 zenit-raket sistemlərinin gələn ilin yazına qədər Türkiyədə yerləşdiriləcəyini söyləyib.

“Türkiyə ilə olan razılaşmamız icra olunur. İndi sistemlərin ikinci partiyasının yüklənməsi prosesi gedir. Bir neçə həftə sonra Türkiyədə olacaq”, - deyə direktor söyləyib.

Onun sözlərinə görə, türk heyətinin təlimləri 2020-ci ilin əvvəlinə qədər davam edəcək.


Müəllif: Nərgiz

Oxşar xəbərlər