5 Sentyabr 2019 16:11
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın Baş naziri Sinzo Abe Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putini iki ölkə arasında sülh müqaviləsi bağlamağa çağırıb.

Teleqraf.com xəbər verir ki, yapon baş nazir deyib:

“Vladimir, gəl ikilikdə hər şeyi edək, hədəfə çatana qədər irəliləyək. Gəl, tarix qarşısında üzərimizə məsuliyyət götürək. Gəl, sülh bağlayaq və ölkələrimizin xalqlarının sahib olduğu sonsuz imkanları çiçəkləndirək”.

Son illərdə Rusiya-Yaponiya münasibətlərinin inkişafı mövzusuna toxunan Sinzo Abe Vladimir Putinlə artıq “bir pud duz yediyini” söyləyib. Əlavə edib ki, baş nazirliyi dövründə Rusiya Prezidenti ilə 27 dəfə görüşüb:

“Mən istəyirəm siz başa düşəsiniz. Bizim Putinlə elə münasibətimiz qurulub ki, bu haqda bizdə deyirlər, bir pud duz yemişik”.

V.Putin isə Yaponiya hökuməti başçısının təklifinə cavab olaraq Rusiyanın sülh müqaviləsi bağlamaq üçün səy göstərəcəyini söyləyib. Eyni zamanda, o, sülh bağlanarkən Yaponiyanın ABŞ qarşısında hərbi öhdəlikləri ilə bağlı bir sıra məqamları nəzərə almaq lazım olduğunu söyləyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər