5 Sentyabr 2019 19:57
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Baş naziri Boris Consonun qardaşı Co Conson dövlət naziri vəzifəsindən istefa verib.

Teleqraf.com xəbər verir ki, o, istefasının səbəbini ailəsi ilə milli maraqlar arasındakı seçimlə əlaqələndirib.

“Ailəyə sadiqliklə milli maraqlar arasında qalmışdım”, - deyə Co Conson Tvitter mikrobloqunda qeyd edib.

Qeyd edək ki, Cozef Edmund “Co” Conson 1971-ci il dekabrın 23-də Londonda doğulub. O, “Osmanlı nəvəsi” kimi tanınır. Consonun ulu babası Osmanlı İmperatorluğunun son daxili işlər naziri Əli Kəmaldır.


Müəllif: Nərgiz

Oxşar xəbərlər