Türkiyənin Van vilayətində Rixter cədvəli ilə 4.3 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 12:56-da qeydə alınıb. Yeraltı təkanın episentri Van vilayətinin Saray rayonunda olub.