11 Sentyabr 2019 07:59
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin qırıcı təyyarələri Qəzza zolağında Həmasın 15 hərbi mövqeyinə hava zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl İsrail Müdafiə Ordusunun qırıcı təyyarəli Qəzza zolağının şimal və mərkəzi hissələrində Həmasın Hərbi Dəniz Qüvvələrinin bir sıra mövqelərinə və obyektlərinə, o cümlədən yeraltı tunel və silah istehsalı üzrə emalatxana da daxil olmaqla 15 terror mövqeyinə zərbələr endirib. Hücum Qəzza zolağından İsrail ərazisinə buraxılan iki raketə cavab olaraq həyata keçirilib", -deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gün Qəzza zolağından İsrailin Aşkelon və Aşdod şəhərlərinə iki raket buraxılıb. Raketlər "Dəmir günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.


Müəllif: Teleqraf.com