Rusiya Prezidenti Vladimir Putinlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında görüş olacaq.
Teleqraf.com xəbər verir ki, tərəflər sentyabrın 12-də Soçidə bir araya gələcək.
İki liderin Yaxın Şərqdəki vəziyyət barədə müzakirə aparacağı nəzərdə tutulub.
Qeyd edək ki, Netanyahu bu il üçüncü dəfə Rusiyaya gedir. O, sonuncu dəfə Moskvaya fevral və aprel aylarında səfər edib.
Netanyahu Putinlə hərbi qüvvələrin koordinasiyasının davamı barədə fikir mübadiləsi aparmaq istədiyini bəyan edib.