14 Sentyabr 2019 23:59
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Vladimir Zelenski Ukraynanı kinematoqrafiyanın güclü inkişaf etdiyi ölkəyə çevirmək üçün bütün səylərini göstərəcəyini söyləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, öz “Feysbuk” səhifəsində yazıb.

“Mən arzu edirəm və hər şeyi edəcəm ki, Ukrayna güclü kinematoqrafiya ölkəsinə çevrilsin”, deyə V.Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti bütün kinoprosesi – çəkilişdən tutmuş kinoteatrların inkişafına qədər işləri təşkil etməlidir.

Bundan əvvəl V.Zelenski Ukraynada silahların leqallaşdırılmasına qarşı çıxmışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər