17 Sentyabr 2019 01:43
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin Sohaq əyalətində “qara arxeoloqlar” yaşayış binasının altında Ptolemeylər dövrünə aid qədim məbəd aşkarlayıblar.

Teleqraf.com xəbər verir ki, Misirin təhlükəsizlik orqanları və turist polisinin birgə keçirdiyi əməliyyat nəticəsində yaşayış evində 9,6 metr dərinliyində 2,6 kvadratmetr sahədə yeraltı şaxta, onun içərisində məbədin divarları və əhəngdaşından döşəmə aşkar edilib.

Eləcə də əhəngdaşından tikilmiş divarlarda rəsmlər, yazılar və bəzəklər olan otaq tapılıb.

Qeyri-qanuni qazıntı işləri aparan “arxeoloqlar” hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, yaşayış binası möhürlənib.


Müəllif: Teleqraf.com