18 Sentyabr 2019 17:55
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin və vəliəhd şahzadə, Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd bin Salman Əl-Səud telefonla krallığın neft emal edən sənaye müəssisələrinə hücumu müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya lideri baş verənlərin diqqətlə və obyektiv araşdırılmasının vacibliyini qeyd edib.

Putin və Əl-Səud karbohidrogen bazarındakı vəziyyəti, OPEC+ razılaşmasının reallaşdırılmasını və Rusiya Prezidentinin krallığa planlaşdırılan səfərinə hazırlığı da müzakirə ediblər.

Söhbətin Səudiyyə tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd olunur.

Bazar ertəsi, neft obyektlərinə pilotsuz uçuş aparatlarının hücumundan sonra V.Putin Ər-Riyadın Rusiya S-300 və ya S-400 sistemlərinin satın almasını təklif edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər