İraq hakimiyyəti Kürd Regional Rəhbərliyini neft gəlirlərini Bağdadla bölüşməməkdə ittiham edib.
Axar.az xəbər verir ki, bu barədə İraq parlamenti məlumat yayıb.
Məlumata görə, İraq hakimiyyəti Kürd Regional Rəhbərliyinin neft ixracatı gəlirlərinin araşdırılması üçün 7 nəfərlik komissiya yaradıb.
Komissiyanın Kürd Regional Rəhbərliyinin ixrac etdiyi neftin miqdarını və gəlirlərini araşdıracağı və bir həftə ərzində hesabat hazırlayacağı bildirilib.