22 Sentyabr 2019 21:28
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Məlumatda bildirilir ki, Haftanin rayonuna endirilən hava zərbələri nəticəsində 7 PKK terrorçusu məhv edilib.

Qeyd edilir ki, hava zərbələri "Pəncə" anti-terror əməliyyatının üçüncü mərhələsi çərçivəsində endirilib.


Müəllif: Teleqraf.com