Güney azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi həbs olunub.
Teleqraf.com xəbər verir ki, milli fəal İran İnqilab məhkəməsinin qərarı ilə 6 ay azadlıqdan məhrum edilib.
Nəsim Sadiqi məhkəmədə sosial şəbəkədə “siyasi sistemin əleyhinə təbliğat aparmaq”da ittiham olunub.
O, məhkəmə prosesində irəli sürülən ittihamı rədd edərək ölkə konstitusiyası çərçivəsində mədəni fəaliyyətlə məşğul olduğunu bildirib.
Nəsim Sadiqi məhkəməni müstəqilliyini qorumağa və İran təhlükəsizlik orqanlarının saxta dosyelərindən asılı olmamağa çağırıb.