24 Sentyabr 2019 23:55
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Baş Prokurorluğu prezident Salome Zurabişvilinin parlament üzrə katibi Dimitri Qabunianı dindirilməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, D.Qabunia sabah Baş Prokurorluqda sorğu-sual olunacaq.

Dövlət başçısının parlamentdəki nümayəndəsi S.Zurabişvilinin əfv qərarı ilə başlayan istintaq çərçivəsində dindiriləcək.

Qeyd edək ki, avqustun 28-də “Mariamoba” bayramı ilə əlaqədar Gürcüstan prezidenti 34 məhkumu əfv edib. Onların arasında qətlə görə məhkum olunmuş üç nəfər və axtarışda olan bir nəfər də yer alıb.

Prezidentlə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsinin birinci bəndi üzrə aparılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər