Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” məlumat itkisi ilə bağlı qalmaqaldan sonra on minlərlə proqramı bloklayıb.
Teleqraf.com xəbər verir ki, son ildə “Facebook” dəfələrlə istifadəçi məlumatlarının itkisi ilə bağlı qalmaqalların mərkəzində olub. Məsələn, Britaniyanın “Cambridge Analytica” analitik şirkəti “Facebook”un 87 milyondan çox istifadəçisinin məlumatını qanunsuz toplayıb. Şirkət bu informasiyadan seçicilərin siyasi maraqlarının öyrənilməsi məqsədilə istifadə edərək onlara müvafiq reklam nümayiş etdirib.
Bu hadisə ilə əlaqədar olaraq “Facebook” şirkəti 400 tərtibatçının on minlərlə proqramını bloklayıb. Şirkət istifadəçilərin fərdi informasiyasına girişə malik olan sosial şəbəkəyə yüklənmiş təxminən 1 milyon proqramı yoxlayıb. Bundan başqa, “Facebook” administrasiyası istifadəçilərin müraciətini də nəzərə alır.