26 Sentyabr 2019 12:57
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ federal məhkəməsi FETÖ lideri Fətullah Gülənin Türkiyəyə ekstradiyasa edilməsi üçün qanunsuz lobbi fəaliyyəti göstərməkdə günahlandırılan Bijan Rafekian haqqında andlılar məhkəməsinin hökmünü pozub.

Teleqraf.com xəbər verir ki, Virciniya Şərq Bölgə Məhkəməsi Rafekianın Ankara tərəfindən idarə edilməsi və nəzarəti daxilində Türkiyənin gizli agenti olaraq hərəkət etdiyinin təsdiqlənmədiyini bəyan edib.

Qeyd edilir ki, Ağ Evin sabiq milli təhlükəsizlik müşaviri Mixael Fliyə yaxın olan İran və ABŞ vətədandaşı Rafekian avqustun 23-də Vriciniyada andlılar məhkəməsi tərəfindən günahkar elan olunmuşdu.

Ötən il Rafekian və biznesmen Ekim Alptəkin xarici hökumətin təmsilçisi olaraq tədbirlər keçirməkdə, Ədliyyə Nazirliyinə yanlış informasiyalar verməkdə və xarici casus fəaliyyətində ittiham olunurdu.


Müəllif: Cavad

Oxşar xəbərlər