ABŞ Ebola virusu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasinı çağırır.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, iclasın sentyabrın 18-də keçiriləcəyi planlaşdırır.
Bu Təhlükəsizlik Şurasının səhiyyə sahəsi ilə bağlı tarixdə ikinci fövqəladə iclası olacaq. İlk iclas 2000-ci ildə AİDS pandemiyası ilə bağlı keçirilmişdi.
Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ebola virusunun 2 400 nəfərin həyatına son qoyduğunu bildirmişdi.
Nihad